Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Sosial

Sahibsiz itlərin hücumundan şikayətçidirlər - VİDEO

Paylaş:
Sahibsiz itlərin hücumundan şikayətçidirlər - VİDEO
Bizi Google News-da izləyin

Qobu Park yaşayış massivində sakinlər yenə sahibsiz itlərin hücumundan şikayətçidirlər.

Bir müddət əvvəl bir neçə nəfərin dişlənməsi ilə gündəmə gətirdiyimiz ərazidə problem davam edir.

Qobu Parkda sahibsiz itlərdən şikayəti çəkərkən özümüz də təhlükə ilə üzləşdik.

İtlər çəkiliş qrupumuza tərəf gəlsələr də, ətrafda çox adam olduğundan yaxınlaşmadılar. Ancaq, sakinlər deyirlər ki, binaların həyətindən hər dəfə təhlükəsiz keçə bilmirlər.

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən bu massivdən bir müddət əvvəl də reportaj hazırlamışdıq. Həmin vaxt sakinlər bir səhər beş nəfərin itlər tərəfindən dişləndiyini bildirmişdilər.

İtlərin hücumuna məruz qalanlar arasında kompleksə xidmət göstərən işçilər də var. Səhər erkən həyətləri təmizləyənlər, su təchizatına nəzarət edənlər işlərini görməkdə çətinlik çəkdiklərini deyirlər. Danışdırdığımız su təchizatı işçisi də belə halla üzləşdiyini bildirir. İtlər ona da xəsarət yetirib. 

Sakinlərin sözlərinə görə, itlərin bir hissəsi aparıldıqdan sonra ərazidə vəziyyət müvəqqəti dəyişib. İndi isə binaların arasında yenidən çoxlu sahibsiz it var. Onlar təkcə piyadaların deyil, motosikletlə hərəkət edənlərin də arxasınca qaçır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Paylaş:

Ən son xəbərlər