Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Hadisə

İnterpol insan alverində və terrorçuluqda ittiham olunan iki azərbaycanlı qadını axtarır

Paylaş:
İnterpol insan alverində və terrorçuluqda ittiham olunan iki azərbaycanlı qadını axtarır
Bizi Google News-da izləyin

Bu günə qədər müxtəlif cinayətlərdə ittiham olunan 36 Azərbaycan vətəndaşı İnterpol xətti ilə beynəlxalq axtarışa verilib. Onların arasında iki qadın da var. Qadınlardan biri insan alverində, digəri isə terror təşkilatının fəaliyyətində iştirak etməkdə ittiham olunur. Pravda.az Musavat.com-a istinadən xəbər verir ki, beynəlxalq axtarışda olan azərbaycanlıların ən gəncinin 34, ən yaşlısının isə 64 yaşı var.

Axtarışa verilən qadınlardan biri 38 yaşlı Ruhəngiz Orucovadır. Azərbaycanda anadan olan qadın insan alveri ittihamı ilə ölkəmiz tərəfindən axtarışa verilib. O, insan alveri qurbanını Azərbaycan sərhədindən təkrar keçirməyə cəhddə ittiham olunur.

İnterpol xətti ilə axtarılan digər qadın isə 45 yaşlı Gövhər Ağaverdiyevadır. Azərbaycanda anadan olan qadının həm Azərbaycan, həm də Rusiya vətəndaşlığı var.

Gövhər Ağaverdiyeva iki maddə üzrə ittiham olunur. Bunlar terror təşkilatının fəaliyyətində iştirak etmək, eləcə də xarici dövlətin ərazisində həmin ölkənin federal qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmənin tərkibində, dövlətin maraqlarına zidd məqsədlərlə iştirak etməkdir.

Paylaş:

Ən son xəbərlər