Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Hadisə

Elməddin Aslanov barəsində akt tərtib olundu

Paylaş:
Elməddin Aslanov barəsində akt tərtib olundu
Bizi Google News-da izləyin

Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 15 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilən məlumata görə,

araşdırma zamanı ərazidə obyekt tikintisi aparılan zaman 1 şam tingi və 6 nar kolunun məhv edildiyi, təbiətə 3360 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı obyektin sahibi Elməddin Aslanov barəsində akt tərtib olunub və cərimə olunması istiqamətində qanunamüvafiq tədbirlər görülür.

Eyni zamanda, məhv edilmiş yaşıllıqların əvəzinə ərazidə 5 sərv ağacı əkilib, identifikasiya etiketi vurularaq agac az portalında yerləşdirilib.

Paylaş:

Ən son xəbərlər