Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Evdəki havanın keyfiyyətini yaxşılaşdırmaq üçün bunları edin

Paylaş:
Evdəki havanın keyfiyyətini yaxşılaşdırmaq üçün bunları edin
Bizi Google News-da izləyin

Evdə nəfəs aldığımız havanın keyfiyyəti sağlamlığımıza düşündüyümüzdən daha çox təsir edir.

Pravda.az bildirir ki, allergiya, astma və digər sağlamlıq problemlərinin riskini azaltmaq üçün mənzildə hava keyfiyyətinin yaxşılaşdırılması vacibliydir.


Xarici mühitdəki hava çirkliliyi qədər qapalı məkanlarda nəfəs aldığımız havanın təmizliyi də sağlamlıq baxımından əhəmiyyətlidir. ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) məlumatına görə, bəzi hallarda qapalı məkanlardakı çirkləndiricilərin səviyyəsi açıq havadakından 100 dəfə yüksək ola bilər.

Çirkli hava allergik reaksiyalara, astmaya, ürək xəstəliklərinə və hətta xərçəngə səbəb ola biləcək risklər yaradır. Bəs evdəki havanı necə təmiz saxlamaq olar?


Hava çirkləndiricilərini azaldın
Evdə hava keyfiyyətini qorumağın ilk yolu çirklənmə mənbələrini müəyyənləşdirmək və onların təsirini minimuma endirməkdir.

Əsas çirkləndiricilər arasında radon qazı, siqaret tüstüsü, formaldehid və bəzi təmizlik vasitələrinin tərkibindəki kimyəvi maddələr yer alır.

Radon torpaqdakı çatlar vasitəsilə evə daxil ola bilən radioaktiv qazdır. Uzun müddət təsirinə məruz qalmaq ağciyər xərçəngi riskini artıra bilər.

Siqaret tüstüsü də qapalı məkanlarda ciddi təhlükə yaradır. Tüstünün mebel və geyimlərə hopmuş qalıqları belə sağlamlığa zərər verə bilər. Buna görə evdə siqaret çəkilməməsi tövsiyə olunur.

Mebel və tikinti materiallarında rast gəlinən formaldehidin təsirini azaltmaq üçün:

Mümkün olduqda ikinci əl mebellərə üstünlük verin.
Təbii, massiv ağacdan hazırlanmış məhsullar seçin.
Evi mütəmadi havalandırın.
Daha təhlükəsiz və az kimyəvi tərkibli təmizlik vasitələrindən istifadə edin.

Evin havasının keyfiyyətini yoxladın
Evdə havanın təmizliyindən şübhələnirsinizsə, xüsusi hava keyfiyyəti testlərindən istifadə edə bilərsiniz.

Məişət şəraitində tətbiq olunan test dəstləri müəyyən çirkləndiricilərin səviyyəsini ölçməyə imkan verir. Daha ətraflı və dəqiq nəticə əldə etmək üçün isə mütəxəssisə müraciət etmək tövsiyə olunur.

Allergiyaya səbəb olan amilləri nəzarətdə saxlayın
Ev tozu, kif, ev heyvanlarının tükü və dəri qalıqları, eləcə də toz gənələri qapalı məkanlarda ən çox rast gəlinən allergenlərdəndir.

Bu amillərin təsirini azaltmaq üçün:

Ev heyvanlarını mütəmadi darayın və yuyun.
Yataq dəstlərini ayda ən azı iki dəfə isti su ilə yuyun.
Hipoallergen yastıqlardan və toz keçirməyən döşək örtüklərindən istifadə edin.
Kif yaranmış xalça və digər materialları dəyişdirin.
Evi mütəmadi tozsoranla təmizləyin və tozunu alın.
4. Hava təmizləyici cihazlardan istifadə edin
HEPA filtrli hava təmizləyiciləri havadakı zərərli hissəciklərin 99 faizdən çoxunu tutmağa kömək edə bilər.

Lakin bu cihazlar bütün kimyəvi qazları və uçucu üzvi birləşmələri (VOC) tam şəkildə aradan qaldırmır. Buna görə hava təmizləyici seçərkən evdəki çirklənmə növü və ehtiyaclar nəzərə alınmalıdır.

Evin havalandırılmasını yaxşılaşdırın
Təmiz havanın evə daxil olması qapalı məkanlarda hava keyfiyyətinin yaxşılaşdırılmasının ən sadə yollarından biridir.

Bunun üçün:

Çöldə havanın təmiz olduğu vaxtlarda pəncərələri açın.
Kondisioner və isitmə sistemlərinin filtrlərini vaxtında dəyişdirin.
Havalandırma kanallarının təmizliyinə diqqət yetirin.


Rütubət səviyyəsini azaldın
Yüksək rütubət kifin yaranmasına və bəzi zərərli kimyəvi birləşmələrin havaya yayılmasına şərait yarada bilər.

Rütubətli mühit öskürək, astma və xırıltılı nəfəsalma kimi problemləri ağırlaşdıra bilər.

Rütubəti nəzarətdə saxlamaq üçün:

Lazım gəldikdə nəmlikqurudan cihazlardan istifadə edin.
Duş qəbul edərkən və yemək bişirərkən havalandırmanı təmin edin.
Su sızmalarını vaxtında aradan qaldırın.
Nəm yığılan sahələri qurutmağa çalışın.


İsitmə sistemlərini yoxladın
Odunla işləyən sobalar və kaminlər qapalı məkana zərərli hissəciklər yaya bilər. Köhnə qazla işləyən isitmə sistemləri isə dəm qazı təhlükəsi yarada bilər.

Mümkün olduqda birbaşa havalandırma sisteminə malik qaz cihazlarına, elektrik və ya günəş enerjisi ilə işləyən isitmə sistemlərinə üstünlük verilməsi məsləhət görülür.

Ev bitkilərindən istifadə edin
Bəzi araşdırmalar müəyyən otaq bitkilərinin uçucu üzvi birləşmələrin miqdarını azaltmağa kömək edə biləcəyini göstərir. Bununla belə, bitkilərin havanı təmizləmək təsiri məhduddur və bu mövzuda tədqiqatların nəticələri fərqlənir.

Bundan başqa, bəzi bitkilər polen və kif allergiyası olan insanlarda allergik reaksiyalara səbəb ola bilər.

Hava keyfiyyətinə müsbət təsiri ilə əlaqələndirilən bitkilər arasında aşağıdakılar var:

Drasena (Dracaena)
Sülh zanbağı (Spathiphyllum)
Sarmaşıq (Hedera helix)

Əminə Bayramova

Paylaş:

Ən son xəbərlər