Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Hadisə

Bakıda sabiq məmur avtomobili sərxoş halda idarə edərkən saxlanıldı

Paylaş:
Bakıda sabiq məmur avtomobili sərxoş halda idarə edərkən saxlanıldı
Bizi Google News-da izləyin

Bakıda sabiq məmur avtomobili sərxoş halda idarə edərkən saxlanılıb.

Pravda.az Xitab24.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.

Belə ki, "Mercedes" markalı avtomobilinin sürücüsü Anar Şirinov dönmə işıqlarından istifadə etmədiyi üçün saxlanılıb. Bu zaman onun sərxoş olduğu üzə çıxıb. Lakin keçmiş məmur alkotester cihazını tələb olunan qaydada üfürməyərək, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb. Bundan başqa, o, polis əməkdaşları ilə mübahisə etməyə başlayıb. Nəticədə hadisə yerinə Post Patrul Xidmətinin əməkdaşları çağırılıb və sürücü 5-ci Polis Bölməsinə aparılıb.

İnsident yaradan Anar Şirinov barəsində protokol tərtib edilib və o, inzibati qaydada 150 manat cərimə olunub. Sürücü barədə avtomobili sərxoş halda idarə etməyinə görə isə ayrıca inzibati məsuliyyət tədbiri görülüb.

Qeyd edək ki, A.Şirinov vaxtilə müxtəlif dövlət orqanlarında, o cümlədən diplomatik korpusda və keçmiş Nəqliyyat Nazirliyində çalışıb. O, hazırda özəl sektorda fəaliyyət göstərən şirkətlərdən birinin direktorudur.

Paylaş:

Ən son xəbərlər