Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Siyasət

Prezident Fərman imzaladı

Paylaş:
Prezident Fərman imzaladı
Bizi Google News-da izləyin

“Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Pravda.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Fərmana görə, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çex Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Qeyd edək ki, Saziş 2026-cı il sentyabrın 30-da Bakı şəhərində imzalanıb.

Paylaş:

Ən son xəbərlər