Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Cəmiyyət

Həcc ziyarəti üçün nəzərdə tutulan kvotanın 50 faizindən çoxu dolub, say azaldılıb

Paylaş:
Həcc ziyarəti üçün nəzərdə tutulan kvotanın 50 faizindən çoxu dolub, say azaldılıb
Bizi Google News-da izləyin

Həcc ziyarəti üçün nəzərdə tutulan kvotanın 50 faizindən çoxu dolub.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, bu il kvota, ötən illə müqayisədə, daha az nəzərdə tutulub.

Xatırladaq ki, həcc ziyarəti üçün ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır), şəxsiyyət vəsiqəsinin surəti,
5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda),
sağlamlıq haqqında arayış tələb olunur.

Sənədlərin qəbulu iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılır.

Qeyd edək ki, bu il Həcc ziyarətinə sənəd qəbulu sentyabrın 24-ü başlayıb.

Paylaş:

Ən son xəbərlər