Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Gələn il ikinci əl maşınlar bahalaşacaq? – AÇIQLAMA

Paylaş:
Gələn il ikinci əl maşınlar bahalaşacaq? – AÇIQLAMA
Bizi Google News-da izləyin

Son illər Azərbaycanda hibrid avtomobillərin həm idxal, həm də ikinci əl bazarında qiymətləri əhəmiyyətli dərəcədə artıb. 2027-ci ildə isə avtomobillərin və xüsusilə ikinci əl avtomobillərinin qiymətlərinin artacağı deyilir.

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə mütəxəssis Razil Nağıyev bildirib ki, 2027-ci ildə Azərbaycanda ikinci əl avtomobillərin qiymətlərində kəskin ucuzlaşma və ya ümumi bahalaşma gözlənilmir. 

Onun sözlərinə görə, bazarda əsasən sabitlik, ayrı-ayrı modellər üzrə isə fərqli qiymət dəyişiklikləri ehtimal olunur: “Qiymətlərə həm idxal xərcləri, həm də alıcı tələbi təsir edəcək. 2026-cı ildən istehsal tarixi 7 ildən çox olan avtomobillərə tətbiq edilən aksiz əmsalları artırılıb. Bu, köhnə avtomobillərin idxalını bahalaşdıra bilər. Digər tərəfdən, avtomobil bazarında tələbin zəifləməsi və yeni, xüsusilə Çin istehsalı avtomobillərlə rəqabət bəzi ikinci əl modellərin qiymətinə aşağı istiqamətdə təsir göstərə bilər. Avtomobil Dilerləri Assosiasiyası da 2027-ci ildə bazarda ciddi canlanma gözləmir. Ümumilikdə, saz vəziyyətdə olan və alıcı tələbi yüksək modellərin qiyməti sabit qala və ya cüzi arta bilər. Yaşı çox, yanacaq sərfiyyatı yüksək və texniki vəziyyəti zəif avtomobillərdə isə qiymət endirimi ehtimalı daha böyükdür. Buna görə 2027-ci ildə qiymətlərin dəyişməsi avtomobilin markasından, modelindən və vəziyyətindən asılı olacaq”.

Şəhanə Qədirli

Paylaş:

Ən son xəbərlər