Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verən qəzada həyatını itirən Anar Kərimovun tanınmış iş adamı Alik Kərimovun oğlu olması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Aparıcı Ada Süleymanlı ilə birlikdə qəzada ölən iş adamının oğludur?
Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdə və bəzi informasiya resurslarında Anar Kərimovun "Metak" şirkətinin rəhbəri Alik Kərimovun oğlu olduğu iddia edilib.
Qeyd edək ki, yayılan məlumat yanlışdır. Qəzada həlak olan şəxsin Alik Kərimovun ailəsi ilə heç bir əlaqəsi yoxdur.