Ənənəvi olaraq ölkələrimiz arasında humanitar sahədə əməkdaşlıq inkişaf edir.
Azərbaycan-İtaliya Universitetində 600-dən çox tələbə təhsil alır
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov italiyalı həmkarı Antonio Tayani ilə birgə mətbuat konfransında deyib.
Nazir ilk olaraq təhsil sahəsini qeyd edib: “Bu istiqamət üzrə Azərbaycan-İtaliya Universitetinin açılışı və fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Hazırda universitetdə 640 tələbə təhsil alır”.