Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
İnfrastruktur

Bakının bu rayonlarında su kəsiləcək

Paylaş:
Bakının bu rayonlarında su kəsiləcək
Bizi Google News-da izləyin

Noyabrın 25-də gün ərzində Bakının Səbail və Yasamal rayonlarının bəzi ərazilərində içməli suyun verilişində fasilə yaranacaq.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) məlumatına görə, fasilə magistral su xəttinin yenisi ilə əvəz edilmiş hissəsində aparılacaq birləşmə işləri ilə bağlıdır.

Suyun əvvəlki rejimlə verilməsi noyabrın 26-da səhər saatlarında bərpa olunacaq.

Agentlik müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyib.

Paylaş:

Ən son xəbərlər