Son günlər “WhatsApp” platformasında mənim adımdan istifadə edilməklə saxta profil yaradılıb. Bildirmək istəyirəm ki, həmin profilin mənimlə heç bir əlaqəsi yoxdur, bu hesab mənə məxsus deyil və tərəfimdən idarə olunmur.
Deputat adından saxta “WhatsApp” hesabı açıldı
Pravda.az-ın xəbərinə görə, bu barədə deputat Vüqar Rəhimzadə məlumat yayıb.
O qeyd edib ki, yaradılmış saxta hesab vasitəsilə göndərilən mesajlar, edilən müraciətlər, səsləndirilən fikirlər və paylaşılan hər hansı məlumat mövqeyini əks etdirmir: “Bu baxımdan, hər kəsdən məsələyə həssaslıqla yanaşmağı, sözügedən saxta profilə etibar etməməyi, həmin hesabdan daxil olan mesaj və müraciətlərə cavab verməməyi, şəxsi məlumatlarınızı göndərməməyi xahiş edirəm. Eyni zamanda, belə mesajlarla qarşılaşdığınız təqdirdə onların yayılmasına şərait yaratmamağınızı və hesabı müvafiq qaydada şikayət edərək bloklamağınızı tövsiyə edirəm. Bir daha bəyan edirəm ki, həmin “WhatsApp” hesabının mənə heç bir aidiyyəti yoxdur. Adımdan istifadə edilərək bu cür kiberdələduzluq yolverilməzdir”.