"Sea Breeze” 4 000 manat maaşla hüquqşünas axtarır - VAKANSİYA
“Royal Sea Breeze Operation” MMC hüquqşünas vəzifəsi üzrə vakansiya elan edib.
Şirkət korporativ və müqavilə hüququ sahəsində təcrübəli mütəxəssis axtarır.
Vakansiya üzrə aylıq əməkhaqqı 3 500-4 000 manat (net) təşkil edir.
Namizədlərdən hüquqşünaslıq üzrə ali təhsil, müvafiq sahədə minimum 3 il iş təcrübəsi, korporativ və müqavilə hüququ üzrə biliklər tələb olunur.
Bundan əlavə, namizədlər Mülki, Əmək və Vergi məcəllələrini bilməli, Azərbaycan dilini mükəmməl səviyyədə bilməlidirlər. İngilis və rus dillərini bilmək üstünlük hesab olunur.
İş yeri Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” ərazisidir. İş qrafiki həftədə 5 gün müəyyən edilib. İşçilər nəqliyyat və naharla şirkət tərəfindən təmin olunacaqlar.
Müraciət etmək istəyən şəxslər CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd edək ki, “Royal Sea Breeze Operation” MMC 24 fevral 2026-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Umut Karadır./valyuta.az