Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Hadisə

Ata və oğlunu öldürmək üçün 6 ay gözləyib: "Adıma əxlaqsız mahnılar yazırdılar"

Paylaş:
Ata və oğlunu öldürmək üçün 6 ay gözləyib: "Adıma əxlaqsız mahnılar yazırdılar"
Bizi Google News-da izləyin

Bu ilin martında Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində münaqişə zəminində tüfəngdən atəş açaraq 1956-cı il təvəllüdlü Vaqif Əmirovu qətlə yetirən 67 yaşlı Cavanşir Muradovun məhkəmə prosesi başa çatıb.

Pravda.az Xitab24.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunub.

Məhkəmə heyəti Cavanşir Muradovun qətli anlaqsız vəziyyətdə törətdiyi qənaətinə gəlib. Buna görə də, ona ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilib.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, Vaqif Əmirov və onun 1981-ci il təvəllüdlü oğlu Məmmədhüseyn Əmirovu öldürmək üçün 6 ay gözləyib. Onun sözlərinə görə, ata və oğlu onun adına əxlaqsız mahnılar yazıblar, şəxsini camaatın içində təhqir ediblər. O da təhqirlərə dözə bilmədiyi üçün hər ikisini öldürmək qərarına gəlib.

Qeyd edək ki, Məmmədhüseyn Əmirov silah səsini eşidib gizləndiyi üçün sağ qalıb.

Paylaş:

Ən son xəbərlər