İspaniyadan gətirilən qida məhsulunda uyğunsuzluq aşkarlanıb.
Bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, Agentlik tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Pannamore” MMC-nin İspaniyadan idxal etdiyi, “FraNui Espana S.l.” müəssisəsinin istehsalı olan ümumi çəkisi 293,4 kq “Franui Pink” əmtəə nişanlı dondurulmuş şokoladlı meyvə məhsulundan (istehsal və son istifadə tarixi: 24.07.2026−31.07.2028, partiya nömrəsi: L26205) nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Sınaq nəticəsində məhsul partiyasında kif-maya göbələkləri üzrə uyğunsuzluq aşkarlanıb.


