Yaşayış binalarının yaxınlığında aparılan tikinti işləri sakinlər üçün problemə çevrilib.
Yasamal rayonu, 4-cü Nəriman Nərimanov küçəsi, döngə 26 ünvanında yaşayan sakinlər iddia edirlər ki, tikinti şirkətinin fəaliyyəti onların gündəlik həyatına mane olur. Onların sözlərinə görə, əraziyə giriş-çıxış yolları bağlanır, kanalizasiya xətlərinin üzəri betonlanır.
Elə bizdə üz tutduq həmin ünvana uzun axtarışdan sonra məhlləyə giriş yolunu tapdıq. Ünvanda yaşayan Xəzər Quliyeva və ailəsi son 2 ildə Alyans Development şirkətinin apardığı tikinti işlərinin onlara problem yaratdığını bildirirlər.