“Biz demək olar ki, ən son məqamda danışıqların üçüncü raundunun baş tutmayacağından xəbər tutduq. Xatırladım ki, danışıqların ilk raundu oktyabr ayında Cenevrədə, ikinci raund isə noyabrda Vaşinqtonda baş tutub və üçüncü raundun Moskvada keçiriməsi planlaşdırılırdı”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.