ABŞ-ın Nyu-York şəhərində yaşayan azərbaycanlılar BMT-nin qarşısında aksiya keçiriblər.
Azərbaycan icmasının fəalları Xankəndi-Laçın yolunda günlərdir davam edən dinc etiraz aksiyasına dəstək nümayiş etdiriblər.
BMT-nin Nyu-York şəhərindəki mənzil-qərargahı önündə toplaşan həmvətənlərimiz beynəlxaq təşkilatdan Ermənistanın Azərbaycanın tarixi torpaqlarında törətdiyi bəşəri cinayətə beynəlxalq hüquq çərçivəsində cavab verilməsini tələb ediblər.
Aksiya iştirakçıları üzərində “Ekoloji cinayətə son!”, “Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarına son qoyulsun!”, “Ermənistanın ekoloji terrorunu dayandırın!”, “Erməni separatçılarının qeyri-qanuni fəaliyyətinə son qoyulsun!”, “Laçın yolundan hərbi məqsədlərlə istifadəyə son qoyulmasını tələb edirik”, “Bəşəri cinayət” yazılan plakatlar qaldırıblar.
Həmvətənlərimiz Ermənistanın Azərbaycan ərazisində törətdiyi ekoloji terrora son qoyulmasını tələb edən şüarlar səsləndiriblər.