Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan Moskvada Rusiyanın müdafiə naziri Sergey Şoyqu, Suriyanın müdafiə naziri Əli Mahmud Abbas ilə görüş keçiriblər.
Pravda.az xəbər verir ki, bu barədə çərşənbə günü Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Danışıqlarda Rusiya və Suriyanın kəşfiyyat xidmətlərinin rəhbərləri də iştirak edib.