Ukrayna müharibəsi dünyanı yenidən 2 qütbə bölməklə yanaşı, insan faciəsinin özünəməxsus tablosunu yaratmaqla tarixdə iz buraxacaq. Ukrayna torpağı çox müharibələr və fəlakətlət yaşamış diyardır. Ötən əsrdə 2 dünya müharibəsi bu torpaqlardan yan keçmədi. Nəticədə milyonlarla insan – ukraynalı şəxs olaraq bu itkiləri və faciələri yaşadı. Təssüf ki, 22-ci əsrdə – elm və texnologiyanın inkiaşf etdiyi, qloballaşmanın astanasında olan bir dünyada da Ukrayna yenə müharibə burulğanının içində çalxalanmağa başlayıb. 2022-ci ilin fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsi bu ölkədə hər şeyi dəyişdi. Bu dəyişiklik 22-ci əsr ukraynalısının dünyaya baxışından tutmuş, gələcəyə ümidlərini də məhv etdi.
İşğal Ukraynanın təkcə torpaqlarını əlindən almır, həm də genifondunu sıradan çıxarır. Rusiya tərəfindən işğal olunmuş ərazilərdəki humanitar fəlakətin biri də ukraynalı uşaqların öz ailələrindən alınaraq, sonu görünməyən qaranlığa atılması ilə davam edir.
Toxunacağımız məsələ də bu ümidsizliyin içindən kömək uman minlərlə ukraynalı uşaqların taleyi və ya talesizliyidir. Bu, əslində biz azərbaycanlıların da yaddaşında iz buraxmış mövzudur.
Hər kəs – bütün dünya mediası Ukraynadakı müharibədən yazır, lakin bu savaşın ən ağrılı və hərbi cinayət hesab olunan faktlarını demək olar ki, gündəmə gətirmir. Biz isə faktlarla danışacağıq…
Artıq faktdır ki, Rusiya işğal etdiyi ərazilərdə ukraynalılara qarşı hərbi cinayətlər törədir. Bir növü “təmizləmə” işləri həyata keçirir. İşğal edilən ərazilərdən minlərlə ukraynalı Rusiyanın dərinliklərinə deportasiya edilir. Orada onlar tranzit düşərgələrə yerləşdirilir. Rusiyadakı bu saxlama məntəqələri böyüklər və uşaqlar üçün nəzərdə tutulmuş düşərgələrə bölünür. Müəyyən mərhələdən sonra uşaqlar valideynlərindən ayrılır. Bu isə ukraynalı uşaqların rus ailələri tərəfindən sonradan övladlığa götürülməsini asanlaşdırmaq üçün həyata keçirilir. Dəhşətlidir, deyilmi?
Daha bir məlumata görə isə deportasiya olunanların bir hissəsi qatarla Taqanroqdan Xabarovska, Rusiyanın şərq sərhədlərində yerləşən bölgələrə aparılıb.

Rusiyanın dərinliklərinə daşınma zamanı acınacaqlı şəraitin – nəmlik, kif, soyuq, təmizləyici vasitələrin, təmiz suyun, qida təminatının olmaması nəticəsində ukraynalılarda, xüsusilə də uşaqlarda çoxlu sayda xəstəlik və infeksiya halları yaranır.
Daha dəhşətlisi isə deportasiya edilmiş uşaqlar arasında İnsanın immunçatışmazlığı virusu (İİV, hansı ki, son mərhələsində QİÇS-ə yol açır) yoluxması hallarının da yayılmasına dair faktlardır. Bildirilir ki, təyinat yerlərinə getdikləri zaman cinsi istismara məruz qalan uşaqları təkcə daşınmanı həyata keçirən hərbçilər deyil, həm də filtrasiya düşərgələrində çalışan mülki rusiyalılar da məsuliyyət daşıyır.
