Türkiyənin Aydın şəhərində toy mərasimində maraqlı hadisə yaşanıb.
Toydan sonra məlum olmayan səbəbdən ailələr arasında dava düşüb və onlar polisə müraciət ediblər.
Burada C.B. adlı bəyin ailəsi gəlinin rəsmi mənbələrdə kişi adi ilə qeydiyyatda olduğunu öyrənəndə şoka düşüb. C.B. ilə gəlin isə bu hadisədən sonra rayonu tərk edərək izlərini itiriblər.