Milli Məclisin sədr müavini Adil Əliyev Şəhidlər xiyabanını ziyarət edərək, şəhidlərimizin müqəddəs xatirələrini yad edib.
Adil Əliyev Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR
Pravda.az-ın xəbərinə görə, A.Əliyev deyib ki, 20 Yanvar şəhidləri azadlıq və demokratiya şəhidləridir: “Kollektiv yaddaşımızda xüsusi yer tutan tarixi bir qəhrəmanlıq səhifəsidir və Qarabağın Ermənistana birləşdirilməsinə qarşı Azərbaycan xalqının sərgilədiyi barışmazlığın simvoludur. Allah şəhidlərimizə rəhmət eləsin, əziz xatirələri qəlbimizdə əbədi yaşayacaqdır”.