Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Evə silahlı basqın edən şəxslər məhkəmə qarşısında

920
Paylaş:
Evə silahlı basqın edən şəxslər məhkəmə qarşısında

Gəncədə quldurluqda təqsirləndirilən Seymur Məmmədov və Yaşar Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Roman Ələkbərlinin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd: Ötən ilin mayında Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş vermiş quldurluq hadisəsini törədən şəxslərin kimliyi məlum olub.

Aparılan araşdırmalar nəticəsində şəhər sakinləri, əvvəllər məhkum olunmuş Seymur Məmmədov və Yaşar Hüseynov 2022-ci ilin mart ayında vətəndaşa məxsus fərdi yaşayış evinə daxil olaraq əllərindəki odlu silah ilə sakinləri hədələrək pul tələb ediblər.

Həmin şəxslər saxlanılaraq istintaqa təhvil verilən zaman Yaşar Hüseynovdan 1 ədəd “Churchill” markalı ov tüfəngi, həmin tüfəngə aid patronlar da aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər