BURADA REKLAMINIZ OLA
BİLƏR

Tehranın polis rəisi vəzifəsindən kənarlaşdırıldı - FOTO

Tehranın polis rəisi general Hüseyn Rəhimi vəzifəsindən kənarlaşdırılıb.

 

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

 

İranın Baş Polis Komandanlığının əmri ilə general Abbasəli Məhəmmədiyan Tehranın polis rəisi vəzifəsinə təyin edilib.

 

O, Əlborz əyalətinin polis rəisi və Tehran Təhlükəsizlik Polisinin keçmiş rəhbəri olub.

 

Tehranın keçmiş polis rəisi general Rəhimi isə “Fəraca” İqtisadi Təhlükəsizlik Polisinin rəhbəri təyin edilib.

 

 

Tarix: 27 Yanvar 2023, 16:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin