''Azərbaycanda koronavirusa görə epidemioloji vəziyyət gərgindir, insanlar bunu nəzərə almalıdırlar''.
Pravda.az-ın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib. Onun sözlərinə görə dövlət xəstəliyin yayılmasının qarşısını almaq üçün bütün qabaqlayıcı tədbirləri görsə də, qadağalara əməl etmək istəməyən vətəndaşalar da var ki, onlar infeksiyanın yayılması üçünzəmin yaradırlar.
''Dünyanı cənginə alan koronavirus pandemiyasının qarşsının almaq üçün dövlət tərəfindən bütün qabaqlayıcı tədbirlər görülsə də , hələ də bəzi insanlar bunun mahiyyətini anlamaq istəmir, həyatlarını təhlükəyə atırlar''.