Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Bakı Nəqliyyat Agentliyi 8 müntəzəm marşrut xətti üzrə müsabiqə elan edildi

721
Paylaş:
Bakı Nəqliyyat Agentliyi 8 müntəzəm marşrut xətti üzrə müsabiqə elan edildi

Bakı Nəqliyyat Agentliyi (BNA) daxil olan vətəndaş müraciətləri əsasında fəaliyyəti təhlil edilən və sərnişindaşımaların icrasında çatışmazlıqların olduğu aşkarlanan daha 8 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan edib.

Müsabiqəyə çıxarılan 41, 108A, 114A, 114B, 123, 138, 145 və 146 nömrəli müntəzəm marşrut xətləridir.

Müsabiqə Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcəkdir.

Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilər.

Paylaş:

Ən son xəbərlər