Gecə Bakıda kütləvi dava olub, nəticədə iki nəfər ölüb.
Pravda.az Xezerxeber-ə istinadən xəbər verir ki, ağır cinayət saat 2 radələrində Nizami rayonu, Keşlə qəsəbəsində baş verib.
Kəndçi küçəsində İlkin Rzayev və Xəyal Rəhimovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hadisə yerində rayon polis və prokurorluq əməkdaşları araşdırmalara başlayıblar. Hər iki şəxsin meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə aparılıb. Ərazidə olan müşahidə kameralarının köməyi ilə çox çəkməyib ki, cinayətdə şübhəli bilinən şəxslər saxlanıblar.
Faktla bağlı cinayət işi başlanıb, 4 nəfər şübhəli şəxs qismində saxlanıb.