Xəbər verdiyimiz kimi, Türkiyədə zəlzələdə zərərçəkənlərə yardım aparması ilə gündəmə gələn Sərvər Bəşirliyə Rusiyada yaşayan Bəxtiyar adlı azərbaycanlı iş adamının avtomobil hədiyyə edəcəyi açıqlanmışdı.
Pravda.az xəbər verir ki, aparıcı Tarix Əliyev (Tolik) "Ümid ilə gəl" proqramında Sərvərin maşınının açarını bu gün təqdim edəcəklərini demişdi. Tolik bildirib ki, S.Bəşirlinin valideynləri ilə görüşdükdən sonra ona avtomobil vermək fikrindən daşınıblar.
