Türkiyənin Hatay şəhərində zəlzələdən 296 saat sonra dağıntılar altından biri uşaq olmaqla üç nəfər xilas edilib.
Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Onların xəstəxanaya yerləşdirildiyi bildirilib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4 700-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.