ARB TV-də yayımlanan "Elgizlə izlə” proqramında mübahisə yaranıb.
Pravda.az xəbər verir ki, proqramın aparıcıları Pərvanə Tahirqızı, Elgiz Əkbər və ekspert Lalə Mustafayevanın sözləri çəp gəlib.
Onlar arasında mübahisəyə səbəb verilişə dəvət olunan qadınların durumu olub. L. Mustafayeva ruhi problemi olan qadınlara "Pozitiv olun, müsbət enerjili olun, siz onun əlindən tutaraq daha da onu yazıq kimi göstərirsiniz” desə də, Pərvanə onun bu fikirləri ilə razılaşmayıb. O bildirib ki, qadınlara psixoloji kömək lazımdır, onları qınamaq yox, dəstək olmaq mütləqdir.
Pərvanənin "Siz yəqin dəstək almısınız. Maraqlıdır, kimdən almısınız?” sözləri isə Laləni özündən çıxarıb:
"Özüm özümə dəstək vermişəm. Psixoloqa ehtiyacım yoxdur. Qadın və kişinin işi olmayanda, acqarına yaşamaq olmur. Dərmana da, yeməyə də pul lazımdır”.