Lerikdə yerləşən məşhur "Relax” İstirahət Mərkəzinin bir hissəsi sökülə bilər. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, rəsmi olaraq 14 hektar ərazini əhatə edən "Relax” İstirahət Mərkəzi əlavə olaraq meşə fonduna məxsus torpaq sahəsinin 4,77 hektarlıq sahəsində də qeyri-qanuni olaraq obyektlər tikib.
Artıq məsələ ilə bağlı ekalogiya və təbii sərvətlər naziri Muxtar Babayevin də xüsusi tapşırığı var. Tapşırığa əsasən, İstirahət Mərkəzinin meşə fonduna daxil olan ərazisi tam olaraq boşladılmalıdır.
Həmçinin təbiətə dəymiş ziyanla bağlı kompensassiya da ödənilməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən bununla bağlı akt tərtib edilib. Artıq Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi məhkəməyə də müraciət edib.