Azərbaycan dövlət başçısı Qoşulmama Hərəkatını daha da inkişaf etdirmək üçün səylərini bundan sonra da davam etdirəcəyini və ölkəmizin bu Hərəkatın beynəlxalq münasibətlərdə mühüm rol oynaması istiqamətində çalışdığını vurğulayıb.
Dövlət başçısı: Azərbaycan Qoşulmama Hərəkatının beynəlxalq münasibətlərdə mühüm rol oynaması istiqamətində çalışır
Pravda.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 28-də Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlət başçısı deyib ki, dünyada postkovid dövrü ilə bağlı geniş müzakirələrə ehtiyac var.