Hacı Şahin Həsənlinin ölümü məni dərindən sarsıtdı.
Bunu Modern.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli deyib.
"Səhər saatlarında aldığım bu xəbərlə dərindən sarsıldım. Göz yaşlarımı saxlaya bilmədim. Hacı Şahin mənim qardaşım, dostum, eyni zamanda iş yoldaşım idi. Onun cavan yaşda ölümü sarsıdıcı oldu. Ölüm haqdır, hər birimiz bir gün Allahdan gəldiyimiz kimi, ona dönəcəyik. Hacı Şahin Allaha qovuşdu. Bu, dünya müvəqqətidir, bu dünya murdar yerdir, Hacı Şahinin o dünyası gözəl olsun. Onun din yolunda xidmətləri böyükdür", - deyə Hacı Surxay bildirib.