BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösinin Azərbaycana səfəri martın 3-də başa çatıb.
BMT Baş Assambleyasının prezidentinin ölkəmizə səfəri başa çatıb
Pravda.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösini Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər yola salıb.