Məzmuna keç
Pravda.az — xəbər portalı
Sağlamlıq

Azərbaycanda 1 tibb işçisi koronavirusa yoluxdu - RƏSMİ

913
Paylaş:
Azərbaycanda 1 tibb işçisi koronavirusa yoluxdu -     RƏSMİ

İndiyə qədər cəmi 1 tibb işçisi koronavirusa yoluxub.

Pravda.az-ın xəbərinə görə, bu barədə bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı qeyd edib ki, tibb müəssisəsində orta tibbi personal işinə məsuliyyətsiz yanaşanda belə hallar baş verir: “Amma bu risklər tibb işçilərini daim gözləyir. Biz riskli halları idarə edirik, yaşlı əməkdaşları daha təhlükəsiz halda işlətməyə çalışırıq. Lazım olan qoruyucularla pandemiya xəstəxanalarımız təmin edilib. Eyni zamanda müalicəvi dərman preparatları ehtiyatımız da kifayət qədərdir”.

Paylaş:

Ən son xəbərlər