"Belə bir məlumat yayıldı ki, Hacı Şahin Həsənli səhhətində ciddi problem olmasına baxmayaraq "Baku Medikal Plaza"da yatmaqdan imtina edib və iltizamnamə imzalamaqla xəstəxananı tərk edib. Bildirmək istəyirəm ki, atama səhhətindəki problemin nə dərəcədə ciddi olduğu bildirilməyib. Deyiblər ki, xəstəxanada qala da bilərsən, gedə də bilərsən".
Pravda.az xəbər verir ki, bu sözləri mərhum ilahiyyatçı Hacı Şahinin oğlu Hüseyn Həsənli deyib.