Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bir qrup yeniyetmə gecə saatlarında paytaxtı bir-birinə qatdılar - FOTO - VİDEO

1 653
Paylaş:
Bir qrup yeniyetmə gecə saatlarında paytaxtı bir-birinə qatdılar -     FOTO - VİDEO

Bakıda dünən gecə saatlarında bir qrup yeniyetmə yol kənarına yerləşdirilən bollardlara ziyan vurub.

Xuliqanlıq haqqında baku.ws-in “qaynar xətti”nə məlumat daxil olub.

Yerli sakinlər bildirib ki, Nəsimi rayonu, Əlövsət Quliyev 92-96 küçələrində 60-dan çox bollardın qapaqları yeniyetmələr tərəfindən qopardılıb.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev baku.ws-ə bildirib ki, videogörüntü ilə bağlı araşdırmalara başlanılıb: “Şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür”.

Paylaş:

Ən son xəbərlər