Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

XİN: Nizami Gəncəvi bütün həyatını Azərbaycanın qədim Gəncə şəhərində yaşayıb

670
Paylaş:
XİN: Nizami Gəncəvi bütün həyatını Azərbaycanın qədim Gəncə şəhərində yaşayıb

Azərbaycan bu həftə X Qlobal Bakı Forumuna ev sahibliyi edəcək.

Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Tvitter paylaşımında bildirib.

O qeyd edib ki, martın 9-dan 11-dək Bakıda keçiriləcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilib. Builki sammit “Bugünün Dünyası: Çağırışlar və Ümidlər” adlı altında baş tutacaq.

“Azərbaycan bu həftə Nizami Gəncəvi Byenəlxalq Mərkəzi tərəfindən təşkil edilmiş X Qlobal Bakı Forumuna ev sahibliyi edəcək. Azərbaycanda milli səviyyədə ehtiramla anılan böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami bütün həyatını Azərbaycanın qədim Gəncə şəhərində yaşayıb”, - deyə paylaşımda qeyd edilib.

Paylaş:

Ən son xəbərlər