“Atamın 60 yaşı olanda mən anadan olmuşam. O vaxta kimi atam ailəyə soyuq yanaşıb. Mən doğulandan sonra evə qarşı istiqanlı olub. Onunla bağlı xoş xatirələrim çoxdur. Bağda yaşayırdıq, gələndə hər şey alıb gətirirdi. Hətta üzüm də alırdı. Anam deyirdi ki, üzümü neynirsən? Deyirdi ki, “yox qoy yesinlər, iki övladım var, ikisi də mənə əzizdir”. Yaşlı vaxtında tapmışdı bizi. Bizə can yandırırdı. Pulsuz gedirdi, bir də görürdün ki, bir maşın yemək, cibində çoxlu yüzlüklər gətirdi. Məzar daşlarına şeirlər yazanda ona yaxşı hörmət edirdilər. Bu yadıma gəlir ki, arxasınca bağa qədər gəlib, gözləyirdilər. Atam təsr idi, dedi yox, demək ki, yox. Ürəyiyumşağlığı da var idi. Bir dənə qarışqanı da basdalamazdı ki, onun da canı var”. Bunu moderator.az-a açıqlamasında məşhur qəzəlxan Əliağa Vahidin qızı Firəngiz Əliağa Vahid qızı deyib.
“Mən doğulanda deyiblər ki, qızın olub. Deyib ki, “taleh mənə vermişdi biz oğlan, bir qız. Qızım Firəngizdir, oğlum da Ramiz”. Deyib ki, ona Firəngiz adını verirəm. Qardaşım Ramizlə məni çox istəyirdi. Həmişə deyirdi ki, “Ramiz, sən mənim oğlumsan. Nəsil bə nəsil sən çörək yeyəcəksən”. O öncədən bilirdi ki, öləndən sonra biz onun pensiyasını yeyəcəyik. Sovet dövründə atamın şeirləri oxunanda da bizə pul gəlirdi” deyə qəzəlxanın qızı deyib.
Firəngiz xanım atasının bir qadınla olan münasibətindən də danışıb.
“Anam o vaxt ona çox naz atıb. 29 yaş anam atamdan kiçik olub. Anam danışırdı ki, onun şairliyinə, dahiliyinə heyran idim. Atam da Polşaya gedəndə orada Fedya adlı Polyak qızı ilə tanış olub. Fedyanı Bakıya gətirib, o biri küçədə onun üçün ev də almışdı. Mən də o evə gedib-gəlmişəm. Sonra atam öləndə o qadın gəldi, anama dedi ki, niyə ağlayırsan? Sənin heç olmasa övladların var, məndə heç kim yoxdur”. Atam deyirdi ki, o evi qardaşımın adına salacaq, amma edə bilmədi. Atam öləndə qardaşım 10-cu sinifdə oxuyurdu. Atam dünyasını dəyişdi, ev də həmin qadına qaldı” deyə o bildirib.