Bu gecə Bakıda ağır yol qəzası baş verib.
Saat 00:15 radələrində Nizami rayonu, Babək prospekti 23/23 ünvanının qarşısında 1966-cı il təvəllüdlü Qazıbəyov Elçin Aydın oğlunun idarə etdiyi “Honda” markalı avtomobil yoldan çıxaraq səkidəki insanlara və ağaca çırpılıb.
Nəticədə yol kənarında olan piyadalar: Rzayev Emil Elmar oğlu, Vəliyev Vəli Bəxtiyar oğlu, Abdullayev Rəşad Mübariz oğlu və Şeydayev Abdul Yaqub oğlu xəsarət alıb. Elçin Qazıbəyov isə hadisə yerində ölüb.