Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Müğənni Manaf Ağayevin oğlunun saxlanılmasının TƏFƏRRÜATI - YENİLƏNDİ

3 095
Paylaş:
Müğənni Manaf Ağayevin oğlunun saxlanılmasının   TƏFƏRRÜATI - YENİLƏNDİ

Manaf Ağayevin oğlunun saxlanılmasının təfərrüatı məlum olub.


Oxu.Az-ın əldə etdiyi məlumata görə, Müşfiq Ağayev avtomobil idarə edərkən təhlükəsizlik kəməri taxmadığı üçün polis əməkdaşları tərəfindən saxlanılıb.


Saxlanılarkən Müşfiq Ağayevin çox ağır şəkildə sərxoş olduğu məlum olub və o, polislərlə mübahisəyə girişib, onları ağır formada təhqir edib.


Onun haqqında sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün protokol tərtib olunub, bundan əlavə, faktla bağlı məlumatlar məhkəməyə təqdim edilib.


Səbail rayon məhkəməsinin qərarı ilə Müşfiq Ağayev 5 sutka həbs edilib.

***

21:53

Müğənni Manaf Ağayevin oğlu həbs edilib.

Müşviq Ağayev idarəetməsində olan retro avtomobillə Bayraq Meydanının yaxınlığında yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Ona Səbail Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları sərxoş halda sükan arxasına əyləşmənəyi tövsiyyə edib. Lakin Müşviq yol polis əməkdaşlarına müqavimət göstərib. Daha sonra post patrul xidmətinin əməkdaşları hadisə yerinə gəlib. Onlar Müşviq Ağayevi polis bölməsinə aparıb. Məlum olubki, Müşviq Ağayev ağır dərəcəli sərxoşdur. Onun barəsində 5 sutkalıq həbs-qətimkan tədbiri seçilib.

APA

Paylaş:

Ən son xəbərlər