"Səs Azərbaycan: Doğma nəğmələr" başa çatdı, qalib komandanı təbrik edirəm. Dəyərli Xalq artistimiz, əzizim Gülyaz Məmmədova və onun qalib iştirakçısı, sevimlimiz Zülfü Əsədzadəni qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm. Uğurlarınız daimi olsun, qələbəniz mübarək". Axşam.az xəbər verir ki, bu sözləri aşıq Samirə Əliyeva "Səs Azərbaycan: Doğma nəğəmlər"lə bağlı paylaşımında yazıb. İfaçı məğlub olmasında, tələbəsindən bəhs edib:
"Digər iştirakçılar Türkay Məlikova və İlkin Dövlətzadə - bu qədər iştirakçının (çox güclü ifaçıların) arasından seçilib finala gəlmək özü də qalibiyyətdir. İnanıram ki, hər biriniz gözəl ifalarınızla, qazanacağınız böyük uğurlarınızla Azərbaycan musiqi sənətinə böyük töhfələr verəcəksiniz.