Ötən gün mətbuatda Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və digər ağır cinayətlərdə təqsirləndirilən "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun işində Sumqayıt Şəhər İcra Başçısı Zakir Fərəcovun şahid qismində tanınması ilə bağlı məlumat yayılıb. Yayılmış məlumat həqiqəti əks etdirmir.
ŞİH: Bu işdə şəhər icra hakimiyyətinin başçısı deyil, Memarlıq və Şəhərsalma İdarəsinin əməkdaşı şahid qismində tanınıb
Pravda.az-ın xəbərinə görə, bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib.
“Bu işdə şəhər icra hakimiyyətinin başçısı deyil, Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin əməkdaşı şahid qismində tanınıb”, - məlumatda qeyd olunub.