BURADA REKLAMINIZ OLA
BİLƏR

Tural Abbaslı Rövşən Binəqədili ilə görüşdü

“Vətən Müharibəmizin "Can gedirik almağa" mahnısı ilə az qala himnini yazan Rövşən Binəqədili bu gün dövlətimizin və telekanalların diqqət mərkəzindən kənarda qalıb”.

 

Bu barədə Ağ Partiyanın başqanı Tural Abbaslı bildirib.

 

"Bayağı müğənnilərlə efirlərini dolduran telekanallarımız onu verilişlərinə çağırmırlar. Mədəniyyət Nazirliyinə müraciət edirik. Vətənpərvərlik mahnıları ilə milyonların qəlbinə yol tapan Rövşən qardaşımıza sahib çıxın. Bu həm də nazirliyin vəzifə borcudur!", - o qeyd edib.

Tarix: 30 Mart 2023, 21:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin