“Xankəndinə daxil olanda sevinc hissi keçirirdik”.
Bunu Xankəndi-Laçın yolunda halı pisləşən Qarabağ ermənilərinə tibbi yardım göstərən Şuşa modul tipli xəstəxanasının həkimi Vilad Əliyev deyib.
Bizə məlumat verildi ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissədən keçən ərazidə halı pisləşən ermənilər özlərini yaxşı hiss etmirlər. Dərhal iki təcili tibbi yardım avtomobili ilə hadisə yerinə yaxınlaşdıq. Dörd nəfərdən üçünün vəziyyəti nisbətən ağır idi”, - o, bildirib.