Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Tacikistan Prezidenti: Ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi malik olduğumuz potensiala uyğun deyil

622
Paylaş:
Tacikistan Prezidenti: Ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi malik olduğumuz potensiala uyğun deyil

Ticari-iqtisadi sahədə qarşılıqlı əlaqələri ətraflı müzakirə etdik. Razılaşdıq ki, ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi tərəflərin malik olduğu potensiala uyğun deyil. Bununla əlaqədar əmtəə dövriyyəsinin artırılmasına dair təxirəsalınmaz tədbirlər görülməsi barədə razılığa gəldik.

Pravda.az xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatında deyib.

“Danışıqlar çərçivəsində biz investisiyalar, sənaye kooperasiyası, kənd təsərrüfatı, nəqliyyat sahələrində və yanacaq-energetika kompleksində qarşılıqlı fəaliyyətin istiqamətləri üzərində ayrıca dayandıq”, - deyə Tacikistan Prezidenti bildirib.

Paylaş:

Ən son xəbərlər