Ali Məhkəmədə Bakıda keçmiş həyat yoldaşını və onun anasını avtomobillə vuran, daha sonra onları bıçaqlayan Fədail Atakişiyevin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onunla bağlı verilən şikayət təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fədail Atakişiyev 1 saylı Ruhi Əsəb Dispanserinə məcburi müalicəyə göndərilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılılıb.
İttihamda göstərilib ki, Fədail Atakişiyev Sabunçu rayonu Bakıxanov qəsəbəsində idarə etdiyi minik avtomobili ilə yol kənarında dayanan keçmiş həyat yoldaşı, 1989-cu il təvəllüdlü Ramidə Atakişyevanı qəsdən vurub.