Mədəniyyət Nazirliyi Naxçıvan Muxtar Respublikasının ən çox qanun pozuntusu olan, korrupsiyalaşmış orqanlarından biridir. Son vaxtlar mediada və sosial şəbəkələrdə mədəniyyət naziri Natəvan Qədimovanın rüşvət alması, büdcədən mədəniyyət müəssisələri üçün ayrılmış vəsaitləri mənimsəməsi ilə bağlı məlumatlar yayılıb.
2021-ci ildə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində aparılan yoxlamalar nəticəsində nazirliyin bir nəfər işçisinin nazirin evində xidmətçi kimi işlədildiyi və əməkhaqqının da dövlət büdcəsindən ödənildiyi aşkarlanmışdı.

Bundan başqa, Natəvan Qədimovanın vəzifəsindən sui istifadə edərək qədim maddi-mədəniyyət nümunələrinin ölkədən çıxarılmasına razılıq verdiyi, rüşvət qarşılığında belə nümunələrin İrana satılması prosesində iştirak etdiyi ilə bağlı iddialar da var.
TNS-ə nazir Natəvan Qədimovanın milyonluq mülkləri ilə bağlı məlumatlar daxil olub.
Bildirilir ki, 2015-ci ildə nazir təyin olunan Natəvan Qədimova ötən dövr ərzində Naxçıvan şəhərində özünə bir neçə villa tikdirib, Bakı şəhərində lüks mənzil alıb.

