Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Lənkəranda doğuş zamanı ana öldü

1 068
Paylaş:
Lənkəranda doğuş zamanı ana öldü

Lənkəranda doğuş zamanı ana ölümü olub.


Pravda.az xəbər verir ki, rayonun Ləj kənd sakini 1995-ci il təvəllüdlü Gülnar Xanhüseyn qızı Fərzəliyeva dünən gecə saatlarında qanaxma ilə Lənkəran Perinatal Mərkəzə çatdırılıb. Xəstə təcili əməliyyata götürülüb.


Qeysəriyyə əməliyyatı zamanı 8 aylıq olan uşaq götürülsə də, 28 yaşlı Gülnarın həyatını xilas etmək mümkün olmayıb.


Qeyd edək ki, Gülnar Fərzəliyeva Liman şəhərində yaşayıb. Onun 9 yaşlı bir oğlu var və bu onun ikinci hamiləliyi idi. Hazırda 8 aylıq körpə küvəzdə saxlanılır./APA

Paylaş:

Ən son xəbərlər