Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Ramin Hacılıdan xəbər var

859
Paylaş:
Ramin Hacılıdan xəbər var

Bakı Apellyasiya Məhkəməsində dövlət sərhədini qanunsuz keçməyə cəhddə təqsirləndirilərək həbs edilmiş Ramin Hacılı və Fəxrəddin Qasımovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə başlayıb.

Pravda.az-ın əldə etdiyi məlunata görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası aprelin 12-nə təyin edilib.

Qeyd: Dövlət Sərhəd Xidmətinin (DSX) 2018-ci ildə yaydığı məlumata əsasən, DSX-nin Sərhəd Qoşunlarının Zaqatala sərhəd dəstəsinin hərbi qulluqçuları ötən il iyunun 4-də Balakən rayonunun Mazımqara kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısı alıb. Belə ki, sərhəd naryadı dövlət sərhədində 2 nəfər Azərbaycan Respublikası vətəndaşı – 1983-cü il təvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qasımov Fəx­rəddin Azad oğlunu saxlayıb.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər